Bizi deyib gələn Molla Nəsrəddin jurnalı və karikaturaları

Həmidə xanım “Xatirələrim”də yazır:  “1906-cı il aprel ayının 7-si gecəsi Mirzə Cəlillə Ömər Faiq Nemanzadənin cibində cəmi 9 manat pul var imiş. Onlar da bu pula çap dəzgahının qulpunu fırlatmaq üçün bir hambal tutublarmış. Gecə hambalı yola saldıqdan sonra ikinci hambal tutmağa daha pul qalmayıb. Onlar səhərə qədər növbə ilə çap dəzgahının qulpunu fırlayıblar.” Sabahı isə Azərbaycan mətbuat tarixinin ən şərəfli səhifələrindən biri yazılıb: “Molla Nəsrəddin”.

7 aprel 1906-cı ildə, Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxır. Jurnalın redaktoru böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə idi.  Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunur.

“Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” adı ilə məşhur oldu.

Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhman bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçılar və jurnalın ilk saylarının rəsmlərini çəkmiş rəssam Şmerlinq, Rotter, Əzimzadə və digərləri jurnalın əsas yaradıcı heyətinə daxil idi.

Molla Nəsrəddinçilər  həm də Yaxın və Orta Şərqdə “Molla Nəsrəddin məktəbi” adlı  mətbuat məktəbi yaratdılar. Jurnalın Rusiya ilə yanaşı, Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində abunəçiləri var idi.

“Molla Nəsrəddin” eyni zamanda Azərbaycan satirik rəsamlığının yaradıcısıdır. Mollanəsrəddinçi satirik qrafika əsasında Azərbaycan karikatura məktəbi yaranmışdır. Əzim Əzimzadə məhz “Molla Nəsrəddin” jurnalı zəminində meydana çıxdı və milli karikatura sənətinin yaradıcısı səviyyəsinə yüksəldi.

Hətta XXI əsrdə də jurnalın ideyalarının davamçıları var. Müxtəlif veb-saytlarda və sosial şəbəkələrdə Molla Nəsrəddin səhifələri yaradılır, jurnalın müxtəlif saylarındakı məqalələr və karikaturalar oxucularla paylaşılır.  Bunun bir səbəbi də istər Molla Nəsrəddində çap edilən yazıların istərsə də karikaturaların əfsuslar olsun ki, aktuallığını itirməməsidir. Aşağıda həmin karikaturaların bəziləri ilə tanış ola bilərsiniz:

1. Birinci nömrənin üz qabığı

Həmin karikaturanın müəllifi Oskar Şmerlinqdir. Burada bir molla (yəni Molla Nəsrəddin) və yatmış insanlar təsvir edilir. Bu karikaturanın  ən yaxşı izahı Mirzə Ələkbər Sabirin elə “Molla Nəsrəddin”in ilk sayıda gedən və aşağıdakı misralarla başlanan şeiridir:

Tərpənmə amandır bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma!
Laylay,
bala, laylay!
Yat, qal dala, laylay!

 

  1. Ədəm bağlarına keçid

Bu karikatura jurnalın ilk nömrələrinin birinin üz qabığında verilib. Təsvir olunan hadisə belədir: Şahzadə sirat körpüsündən – cəhənnəm alovlarının üstündən Ədəm bağlarına, cənnətə aparan qıl körpü üzərindən keçir. Burada mərsiyyəxanlar onu aşağı çəkməyə çalışarkən, müəllim cənnətdən əlini uzadır.

b115e454e331f9c42fd07ab9962502b3

  1. Qoymarıq qabağa gedəsən

Bu karikaturada bir qatar təsvir edilib və onun qarşısını kəsməyə çalışan adamlar. Qatarın üzərindəki yazı “üsuli-cədid”, yəni yeni üsul, təhsildə yeni metodlar deməkdir. Onun yolunu kəsən iki nəfərin üstündə “köhnə üsul, köhnə elm, köhnə adət” yazıları var. Başlıq isə “Qoymarıq qabağa gedəsən” deyir. Verilən mesaj ondan ibarətdir ki, yeni üsul, yüniliyə canatma meylləri artıq o qədər güclüdür ki, bir-iki köhnə adət-ənənə nların qarşısında dayana bilməz. Yenilik həmin o qatarın gəldiyi sürətlə gəlir ki, hansısa əliyalın insanların onun qarşısını kəsməsi qeyri-mümkündür

xnasreddin-usuli-cedid

 

  1. Buxarayi-şərif

Karikaturada çarpayıda uzanmış xəstə, onun yanında Buxara əmiri və həkim təsvir edilib. Xəstənin üstündəki yazı “Buxarayi-Şərif” Orta Asiyadakı Buxara Əmirliyini (1785-1920) nəzərdə tutur. Həkimin üstündəki yazı böyük ehtimalla “firəng həkimi” – Qərbli həkim kimi oxunur, dərmanın yazısı isə “ancaq zəmanə maarifi” deyir.

xnasreddin-bukhara

  1. Krımlı İsmail Qasprinski

Bu karikaturada məşhur Krım-tatar ziyalsı, pedaqoqu, naşiri və siyasi xadimi İsmayıl bəy Qaspıralı (Qasprinski) (1851-1914) əlində “Tərcüman” qəzeti və “Xoca-i-sübyan” – “Uşaqların müəllimi” dərsliyi ilə təsvir olunub. Onu hədə­ləyən iki kişi isə tatar və azərbaycanlı din xadiminə oxşayır. Əllərində tutduqları kağızların üzərində yazılmış “Üsuli-cədidə xilafşəriətdir”“Tək­fir”onukafir, dinsiz elan edir.

xnasreddin-gasprinsky

  1. Krımda Rüşdiyyə məktəbində

Bu karikaturada dərs vəasitlərini müsadirə edən məktəb direktoru və müəllimlər təsvir edilir. Direktor deyir: “Hər nə istəyirsən oxuda bilərsən, məsələn Tarix-i-müqəddəs, amma fənn (təbiət elmləri) oxutmağa ixityarın yoxdur”.

xnasreddin-crimea-school

  1. Yaxşı məktəb, pis məktəb

Burada iki məktəb otağı təsvir olunub. Biri hakim dairələr tərəfindən bəyənilən, digəri isə bəyənil­məyəndir. Birincinin başlığında “Bax, buna nə demişəm, buna heç sözüm yoxdur. Bərəkallah”, ikincinin başlığında isə “Sizə belə ‘uşqulalar’ (yeni məktəblər) yaramaz. Tez dağıdın”.

xnasreddin-mekteb-1

xnasreddin-mekteb-2

  1. Mixail Menşikov

Bu karikatura arxada qafqazlıların bir-biri ilə dava eləməsi fonunda məşhur rus ziyalısı, naşiri və ictimai xadimi, rus millətçiliyinin ideoloqlarından bir olmuş Mixail Menşikovu (1859-1918) başına “Novoye Vremya” – “Yeni dövran” qəzetini ləçək kimi bağlamış ağlayan kəndli rus qadını kimi təsvir edir: “Ayharay!… Qafqaz əldən getdi!…

xnasreddin-menshikov

  1. Mühacir məsələsi

Bu karikaturada qırğız ailəsi təsvir olunur. Rus məmuru onları qovaraq deyir: “Durun buradan köçün: bizim ‘xoxol’lara yer lazımdır”. Arxa fonda yaxınlaşan adamlara aid yazıda isə“rus mühacirlər” yazılıb.

Karikaturada çatdırılması istənən fikir rusların qeyri-ruslara və ya qeyri-xristianlara qarşı etdikləri etnik-dini ayrı-seçkilikdir. Onlar öz mühacirlərini (Ukrayna və digər yerlərdən gəlmiş) yerləşdirmək üçün yerli əhalini öz yurd-yuvalarından, yaşadıqları evlərdən zorla çıxarırlar.

xnasreddin-qirgiz

  1. Lev Tolstoy

Bu karikaturada öndə stolun üstündə oturub nəsə oxuyan Lev Tolstoy və arxada iki dindar azərbaycanlı təsvir olunub. Onlardan biri o birsinə deyir: “MəşədiPirverdi! Bu urusun saqqalı qırmızı olmasaydı, ağıllı başlı adamdı, ha!”

xnasreddin-tolstoy

  1. Dəmiryol qonaqlığı

Bu karikaturada Osmanlı Almaniya və Avstriyaya dəmiryolqonaqlığı verir. Qazanın üzərində Osmanlıməmləkəti yazılıb. Osmanlı arxada gözləyən İtaliya, Bolqarıstan və Serbiyaya deyir: “Hələ səbr edin: sizə də verəcəyəm…”

Karikatura ötən əsrin əvvəllərində osmanlının mürəkkəb beynəlxalq münasibətlərinə işarədir.

xnasreddin-ottoman

  1. Azad sevgi

Karikaturanın mövzusu məcburi nikahdır. Bir şeyi qeyd etmək vacibdir ki, sağdakı birinci  şəkildə deyilir: “Öz xoşuna gəlməzsən, zorla apararam”. Növbəti şəkildə isə axund – ruhani deyir: “A qız, səsin ki çıxmır, görünür razısan. Allahın əmri ilə səni bu oğlana nikah elədim”.

Karikaturada qadınların azad sevgisinin, azad iradəsinin olmaması qabardılır. Bu karikatura ilə o zamankı Şərq cəmiyyətində qadın hüquqsuzlğu, onun sözünü deməyə haqqı olmaması, məcbur edilərək istəmədiyi birinə ərə verilməsi tam açıqlanır. Ötən əsrin əvvəlləri üçün olduqca böyük problem idi bu.

xnasreddin-marriage

Digər karikaturalar:

xnasreddin-russian

xnasreddin-er-arvad

123456789

 

 

 

 

 

 

 

 

 

 

Advertisements
Bu yazı Blog kateqoriyasında dərc edildi və , , , , , , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bizi deyib gələn Molla Nəsrəddin jurnalı və karikaturaları üçün 3 cavab

  1. Sefiqe S-ova dedi ki:

    digər karikaturalar niyə açılmır?

  2. Deniz&Cavad dedi ki:

    bu jurnal indi olsaydi cox gozel olardi hemise oxuyardim maraqlidi ve zemanenin gerceklerini eyiblerini gosterir 😊😊😊😊

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma