14 yaşında BDU-ya qəbul olan Nobel mükafatçısı

landauMəşhur  fizik, Nobel mükafatı laureatı Lev Landau 1908-ci ilin 22 yanvarında Balaxanıda, yəhudi ailəsində dünyaya göz açıb. Onun valideynlərinin Azərbaycana gəliş səbəbi təbii ki, neft sənayesində çalışmaqla bağlı idi. Onun atası David Lvoviç Landau tanınmış neft mühəndisi idi. Lev Landaunun atası ilə bağlı maraqlı bir fakt onun bacısı qızının xatirələrində öz əksini tapır. Belə ki, Ella Rındinanın xatirələrində həmin dövrün Bakısı ilə bağlı bir çox hadisələr də özünə yer alıb. Bunlardan biri də David Landaunun oğurlanması hadisəsidir. Rındina babasının hansı ildə və dəqiq kimlər tərəfindən oğurlandığını bilməsə də, fərz edir ki, həmin əməliyyata o vaxt Bakıda olan İosif Stalin başçılıq edib. Oğurlanan David Landau həyat yoldaşına onu azad etmək üçün böyük məbləğdə pulun toplanıb quldurlara çatdırılması göstərişi ilə bağlı məktub göndərir. O, tələb olunan məbləği Bakıdakı bütün tanışlarının köməyi ilə toplayır və ərini xilas edir. David Landaunu oğrular gözübağlı aparıb elə gözübağlı da qaytardıqlarından, kimlər tərəfindən oğurlandığını bilməsə də, yoldakı bütün döngələri sayır və beləliklə, yolu yadda saxlayır. Odur ki, növbəti dəfə oxşar hadisə baş verəndə – tanınmış Bakı pianoçularından birinin oğlu pul üçün oğurlananda David Landau yolu göstərərək onu xilas etməyə və quldurları tutmağa kömək edir.

Lev Landaunun ailəsi uşaqlarının təhsilinə görə onlar böyüyəndə Bakının mərkəzinə köçürlər və Torqovı küçəsi ilə Krasnovodsk küçəsinin (indiki Səməd Vurğun və Nizami küçələri) kəsişməsində yerləşən binada mənzil tuturlar. Lev Landau  gimnaziya təhsili almışdır.  O, 13 yaşında gimnaziyanı bitirmiş, universitetə yaşı çatmadığından, Bakı İqtisadiyyat Texnukumuna qəbul olunmuşdur. 1922-ci ildə cəmi 14 yaşında ikən Bakı Dövlət Universitetinə  qəbul olunmuşdur. Mayya Bessarab özünün “Landaunun həyatından səhifələr” kitabında yazır:

“Landau universitetdə yaşca hamıdan balaca idi və bu səbəbdən çox əziyyət çəkirdi. Dəhlizdən keçərkən o, çiyinlərini qaldırır, başını əyirdi – ona elə gəlirdi ki, bu cür etməklə yaşından böyük görünür. Ətrafında o qədər həyatsevər, şən yeniyetmələr var, onlarla dost olmaq istəyir, ancaq bunu heç arzulaya da bilməzdi: başqaları üçün o, naməlum şəkildə azıb universitetə düşmüş qeyri-adi uşaq idi. Mühazirələr arasındakı fasilələrdə hamı bir-birinə həvəslə nələrisə danışır, Lev isə bir küncə sıxılaraq heç kimin gözünə görünməməyə çalışırdı”.

Burada o eyni zamanda iki fakültədə – Fizika-riyaziyyat və Kimya ixtisasları üzrə təhsil almışdır. 1-ci kursu bitirdiyində üstünlüyü fizikaya verir və istedadlı tələbə kimi təhsilini davam etdirmək üçün Leninqrad universitetinə göndərilir.

Lev Landau ən yaxşı aspirantlardan biri kimi təhsilini artırmaq məqsədilə Maarif Xalq Komissarlığının qərarı ilə Berlin, Qettinqen, Leypsiq, Kopenhagen, Kembric və Surix şəhərlərinə ilyarımlıq müddətinə elmi ezamiyyəyə göndərilir. 1929-cu ilin oktyabr ayında o, Berlinə gəlir və Berlin Universitetində Albert Eynşteynlə görüşür. Lev Landau o vaxtlar artıq dünyanın ən məşhur fiziki kimi tanınan Albert Eynşteynlə söhbət aparmaq istəyini bildirir. Albert Enşteyn 21 yaşlı Landaunu öz evinə dəvət edir.

Nisbilik nəzəriyyəsi ilə elmdə inqilab etmiş nəhəng nəzəriyyəçi fiziklə hər alim elmi polemikaya girişməyə cürət etmirdi. Lakin Lev Landaunun özünə əminliyi onun belə bir addım atmasına səbəb olmuş və o, Albert Eynşteynlə evində görüşmüşdür. Bu görüşdə gənc fizik Landau nəhəng Eynşteynlə kvant mexanikası haqqında elmi mübahisə edir və qeyri-müəyyənlik prinsipinin kvant mexanikasının əsas prinsipi olduğunu sübut etməyə çalışır. Landaunun əminliyi, aydın və dəqiq mülahizələri Eynşteynin xoşuna gəlsə də o, dahi fiziki razı sala bilmir.

Avropada elmi ezamiyyətdə olduğu müddətdə Lev Landau bir çox məşhur fiziklərlə görüşmüş, onların məruzələrini dinləmiş və seminarlarında iştirak etmişdir. 1930-cu il aprelin 8-də o, Danimarkanın paytaxtı Kopenhagendə Nəzəri Fizika İnstitutunun direktoru, kvant mexanikasının banisi Nils Borla görüşür. Landau özünü həmişə Borun tələbəsi hesab etmiş və onun fizikiya olan münasibətində Borun misilsiz rolunun olduğunu qeyd etmişdir.

Lev Landau Avropada təhsilini daha da artırdıqdan sonra yenidən sover Rusiyasına qayıtmış və fizika sahəsində ciddi uğurlar qazanmışdı. Lakin sovet represiyaları və qırmızı terror ondan da yan keçməmişdir. Alim 1938-ci ilin 17 aprel tarixində təhlükəzilik xidməti tərəfindən saxlanılmış və 1939-cu il aprel ayının 19-una qədər həbsdə saxlanılmışdır. Landaunun həbsini eşidən Nils Bor dəhşətə gəlir və o, Landaunun fizika üçün, dünya elmi üçün nə dərəcədə əhəmiyyətli olduğu barədə İosif Stalinə məktub göndərərək onun azad edilməsini xahiş edir.  Onun və həmkarı Pyotr Ksapitsanın Stalinə yazdığı məktublar müqabilində Lev Landau 1939-cu ilin 29 aprelində azadlığa buraxılır.

Bu siyahıda Landau fiziklərin loqarifmik  üzrə 0-dan 5-ə qədər siyahisını hazırlamışdır. Qeyd edık ki, 0 bu şkalada ən böyük rəqəmdir. O ən yüksək rəqəmi İsaak Nyuton  və Albert Enşteynə vemişdir (0), kvant fizikasının “ataları” Nils Bor, Verner Hevzenberq, Pol Dirak və Ervin Şrödinger, eləcədə də Satyendra  Naz Bouz və Yugen Vigner birincilərdən bir səviyyə aşağıda qərarlaşıb. O özünün əvvələcə 2.5 bala layiq görmüş, sonradan 2-yə qədər yüksəltmişdir.  David  Mermin dördüncü səvviyədə verilmişdir ki, bu da alim üçün olduqca hörmətli yer sayılırdı. Mermin sonralar Mənim Landau ilə həyatım: 4.5-dən 2-yə qalxan hörmətim kitabını yazacaqdır. Özünün tərtib etdiyi bu siyahıdan asılı olmayaraq, Landau Albert  Enşteyn,  Pol Dirak, Volfqanq  Pauli, Enriko  Fermi və Riçard Feynman kimi fiziklərlə bir cərgədə durur.

1962-ci ilin 7 yanvarında Landau ciddi avtomobil qəzasına uğrayır. Bu qəzadan ciddi xəsarət alan alim üç ay  komada yatır. 1962-ci ilin sentyabr ayında SSRİ Elmlər Akademiyasının xəstəxanasına köçürülmüşdür. Həmin ilin noyabrında Landau ona Nobel mükafatı verilməsi barədə teleqram alır. Nobel Komitəsinin tarixində ilk dəfə olaraq xüsusi hal kimi məşhur fizik Lev Landaunun Stokholma gedə bilməməsi nəzərə alınır və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir. O, bir daha tamamilə sağala bilməmiş və əvvəlki fəaliyyətinə qayıda bilmir. 1968-ci ilin 1 aprel tarixində Moskva şəhərində dahi fizik dünyadan köçür.

Advertisements
Bu yazı Blog kateqoriyasında dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

14 yaşında BDU-ya qəbul olan Nobel mükafatçısı üçün cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma