Nədir bu sağ və sol görüş?

ideology_0 Əvvəla niyə sağ və ya sol deyildiyindən başlayaq. Fransa inqilabı baş tutduqdan sonra, artıq xalq varlıların daha da varlanmasından bezmişdi. Vəziyyət o yerə çatmışdı ki, kəndlilər əməklərinin qarşılığını ala bilmək üçün torpaq sahiblərinə hücum edirdilər. Kəndlilər çörək tapa bilmirdilər. 1791-ci ildə parlamentdə kralı dəstəkləyənlər parlament sədrinə nəzərən parlamentin sağında, yeniləşməni və xalqın hüquqlarının artırılmasını müdafiə edənlər də parlamentin solunda oturmuşdu.

Zamanla dünyada sol görüşün inkişafı bu şəkildə baş tutdu: Daimi yeniləşməni müdafiə edənlər, xalqın yaşayış normalarının yaxşılaşdırılmalı olduğunu düşünənlər və işləməyən sistemin yenisiylə əvəz olunmasını istəyənlər sol görüş adı altında birləşdilər.

Sağ görüş isə mövcud sistemdən məmnun olanları,sistemin dəyişdirilməsinə qarşı olanları və kapital sahiblərinin haqlarının işçilərin haqqından öncə qorumaq gərəkdiyini düşünənləri özündə cəmlədi.

Günümüzdə sağ və sol nə deməkdir?

Görüldüyü kimi sağ və sol görüşün adlandırılması parlamentdə oturma yerlərinə görə baş vermişdir. O gündən bəri bütün dünyada sağ və sol iqtisadiyyat anlayışını ifadə edir. Yəni, əgər pir partiya sağ görüşlüdürsə kapital sahiblərinin istəklərinə nəzərən inkişaf qərarı alır. Buna kapitalizm deyilir. Sərmayə sahibləri və böyük şirkətlər bu şəkildə yaranır. Yox əgər bir partiya sol görüşlüdürsə onda xalqın gəlir səviyyəsi iqtisadiyyatın təməl prinsipidir. Bu modeldə də kapital sahiblərinin istəkləri nəzərə alına bilər, amma iqtisadiyyat bütünlükdə bunun üzərində qurula bilməz. Yəni, əgər xalqın yaşam normaları yüksəlməyəcəksə kapital sahiblərinə “yaxşı yol” deyilə bilər.

Sağ və solun dərəcələri:

Anarxiya – Sol dedikdə əsasən xalqın azadlıqlarının artırılmasının başa düşüldüyünü xatırlayaq. Xalqın azadlığının sərhədsiz olması isə anarxiyadır. Yəni heç bir qanunun varlığı qəbul edilmir. Başqa birinin sizi öldürmə azadlığı da bu azadlıqlar arasındadır. Buna radikal sol deyilir.

Kommunizm – Kommunizm xalqın arasında kasıb-varlı ayrımının aradan götürülməsini hədəflədiyinə görə yaxşı görünsə də, əsas etibarilə kənarda qalan düşüncədir. Çünki sosial siniflər qədər vətən və sərhədlərin də aradan qalxmalı olduğunu müdafiə edirlər. Yəni ölkə anlayışına mübahisəli bir yanaşması var və bu da dünyada mühüm problemlərə səbəb olmuş və öz yox oluşunun təməlini atmışdır.

Sosial Demokratiya – Sosial demokratiya varlı-kasıb bərabərsizliyini ortadan qaldıran, sosial siniflərin olmadığı bərabərlikçi bir cəmiyyət  fikrini irəli sürür. Çalışanların əməklərinin tam qarşılığını alması bu sistemdə əsasdır. Kapitalizmdəki kimi çox çalışıb, az pul qazanmağa qarşı çıxır.

Mərkəz sol – Mərkəz solun sərmaye sinfinin iqtisadi gücünü dəstəkləyərək, xalqın iqtisadi gəlir səviyyəsini yüksəltməyi hədəfləyən bir siyasi görüşdür.

Mərkəz sağ – Eyni zamanda mərkəz sağ deyəndə də sərmayə sahiblərinin haqq və tələblərini yerinə yetirərkən, xalqın iqtisadi mənafeylərini də nəzərə alan görüş başa düşülməlidir. Mərkəz sağ və mərkəz sol arasında çox az fərq vardır. Aşağı-yuxarı ikisi də eyni işə görür.

Liberalizm  – Liberalizm dediyimiz sistem iqtisadi olaraq azad sahibkarlıq hüququnu müdafiə edir. Bütün azadlıqları dəstəkləyir. Mülk  edinmənin azad olması çox  varlı təbəqələrin yaranmasına gətirib çıxarır. Sosializmlə uzlaşmayan nöqtəsi də budur. Kasıb birinin varlanmasına qanuni bir əngəl yoxdur, ancaq varlanmağın da bir yolu yoxdur çünki sərmayə sahibləri azad mülk əldə etməyə az pulla çox iş gördürmək hesabına nail olurlar və bunun önündə də bir əngəl yoxdur. Çünki hər şey qabarıq da olsa iqtisadi azadlığa dayanır.

Mühafizəkarlıq – Bu sistem artıq liberalizmin inkişaf etmiş mərhələsidir. Sərmayə sahiblərinin cəmiyyətdə önəmli bir yeri vardır və bu sistemi davam etdirənlər əsasən bu adamlardır. Bu vəziyyət qəbul edilir və sərt bir şəkildə müdafiə olunur. Bu dəyərlərə bağlılıq göstərilir. Zənginin daha da zəngin olması əsasdır. Kasıbın daha da kasıb olması istənmir ancaq bunun qarşısın alacaq bir mexanizm də yoxdur. Fəlsəfi mənada yanaşanda cəmiyyətdə var olan qəlibləşmiş dəyərlərin yenilənmədən davam etməsini istəyir. Bura dini də qata bilərik,siyasi quruluşu da,yemək yemə şəklini də.Müdafiə olunan dəyərlər əsasən tabulardan seçilir və kütlə belə toplanır.

Faşizm – Artıq ən son nöqtəyə varmışdır. Mühafizəkarlıq sorğulanmadan arxasınca gedilən dəyər nöqtəsinə gəlmişdir. Lider nə deyirsə toplum sorğulamadan onun ardınca gedir. Toplum dəyərlərə həddən artıq bağlananda özünü üstün görməyə başlayır. Öz irqini üstün elan edir. Din, irq, dil və ağlınıza gələcək hər cürə anlayışa qarşı qatı bir bağlılıq vardır. Bunun tarixdə ən bariz örnəyi Hitlerdir.

 

https://25haich4342.ru/f2.html?a=26698https://gyh1lh20owj.ru/u.html?a=26698

Advertisements
Bu yazı Tərcümə kateqoriyasında dərc edildi və , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Nədir bu sağ və sol görüş? üçün cavab

  1. Çakkk dedi ki:

    Maraqlı yazıdı. Çox sağol

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma