Aydınlanma və cəmiyyət

Rochester Universitetinin tarix  professoru Dorinda Outram tərəfindən qələmə alınan “Aydınlanma” kitabı  ilə tanışlığımı Yalçın İslamzadənin “Oxu zalı”ndakı elmi-kütləvi kitabları tanıtmaq məqsədiylə yazdığı silsilə yazılara və  gənclər tərəfindən nəşr edilən “Elmi Spektr” jurnalındakı  “Tövsiyə qutusu”na borcluyam. Maraq dairəmə daxil olan mövzuları əhatə etdiyindən kitabı oxumaq qərarı aldım.  Kitabda Aydınlanma dövrünü meydana gətirən amillər və Aydınlanmanın təsir etdiyi sahələr ətraflı təhlil edilir, din və dövlət əlaqələri, köləliyin ləğvi, azadlıq, gender məsələsi, rasional və sekulyar düşüncə, açıqfikirlilik kimi məsələlər gözdən keçirilir.

Kitabın əvvəlində qeyd edilir ki, Oxumağa davam et

Blog Kateqoriya: | , , , , ilə etiketləndi | Bir şərh yazın

Bəşəriyyətin kartoflu saatları

Kartofa ölkəmizdə bəzən “ikinci çörək” də deyirlər. Azərbaycanda çörəyin qida rasionunda necə önəmli yer tutduğunu düşünsək, kartofa verilən önəmi başa düşə bilərik.  (Kartofun Azərbaycana təşrif buyurması 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərinə təsadüf edir). Amma maraqlısı da budur ki, adicə bir bitki olan kartof, tarixdə bir çox olayın baş tutmasında önəmli rol oynayıb. Bu rolları danışmamışdan öncə gəlin baxaq görək kartof buralara necə gəlib çıxıb.

Indians-Harvest-Potatoes-338x410Böyük coğrafi kəşflər dövründən başlayaraq kəşf edilən yeni ərazilər və ticarət  yolları dünya tarixinə ciddi təsir etdi. Bu təsir tək müstəmləkə ərazilərinin ələ keçirilməsi və qullarla məhdutlaşmır. Xüsusilə Kolumbun yeni dünyanı kəşf etməsiylə, dünya həm də böyük bir bitki mübadiləsinə səhnə oldu. Belə ki, həmin dövrə qədər Gədəbəydə kartof, İsveçrədə şokolad, İtaliyada pomidor, Floridada portağal, Ekvadorda banan, Kolumbiyada qəhvə yox imiş. Amma indi həmin ərazilər sadaladığımız bitkilərlə məşhurdur. Konkret olaraq kartofdan danışıdıqda deməliyik ki, bu bitkinin vətəni And dağlarında, bugünkü Peru ərazisi hesab olunur. 16-cı əsrdə bu ərazilərə gələrək yeri əhalini qarət edən ispanlar, qızıl, gümüş və digər qiymətlilərlə birlikdə onlara maraqlı gəldiyi üçün bir kisə kartofu da özləri ilə götürürlər. Əldə etdikləri qənimətləri isə vətənlərinə gəldikdə krala nümayiş etdirirlər. Hər kəsin ilk dəfə gördüyü bu qəribə yumru bitki insanların diqqətini cəlb edir. Kral kartofun bir hissəsini hədiyyə olaraq Roma papasına göndərir. Papa da öz növbəsində digər Avropa hökmdarlarına kartof hədiyyələri göndərir və beləcə kartof bitkisi İspaniya, Hollandiya, İtaliya və digər Avropa ölkələrinə yayılır.

Ancaq bir müddət sonra kartofun reputasiyası korlanır. Belə ki, həmin illərdə Avropada həm də Cüzam xəstəliyi hökm sürürdü və insanlar kartofu bu xəstəliyin törədəcilərindən biri kimi tanımağa başlamışdı. Hətta bu dövrdə Avropada hansı xəstəlik yayılsa insanlar ona kartofun səbəb olduğunu düşünürdülər. Buna görə də kilsə kartofu lənətləyir. Hətta Papa onu “şeytan meyvəsi” adlandırır. Bir çox ölkələrdə kartofun becərilməsi qadağan olunur.

Kartofla bağlı bu yanlış anlaşılma səbəbsiz deyildi. Belə ki, Avropadakı “Otuzillik müharibə” (1618-1648) dövründə Almaniyaya gedən ispan əsgərlər özləri ilə at yemi olaraq kartof da götürürlər. Onların keçdikləri ərazilərdəki almanlar da, bəzən oğurlayaraq, bəzən də dilənərək bu kartofdan əldə edirlər. Ancaq necə yeyildiyini bilmədikləri üçün, çirkli və qabıqlı halda yeyirlər. Təbii ki, bu hal kartofu yeyənlərdə həzm problemləri yaradır və insanlar özlərini pis hiss etməyə başlayırlar. Beləcə insanlar kartofun zərərli bir bitki olduğunu düşünməyə başlayır. Ancaq kartofa qarşı ön yarğının qalxması da elə Almaniya torpaqlarında baş verən maraqlı bir hadisə ilə bağlıdır.

Dumont_-_Portrait_of_Antoine_ParmentierBelə ki, Antoine Parmentier  adlı bir fransız əczaçı “yeddiillik müharibə”də (1756-1763) almanlara əsir düşür. Almanlar ‘kartoffel’ adlandırdıqları kartofu o dönəmlər donzulara yem olaraq versələr də, əsir düşərgələrindəki əsirlərə də yemək üçün kartoffeli layiq görüblər. Amma bu qəddarlıq bir növ katofun bugünkü səviyyəyə gəlib çatmasına səbəb olur. Parmentier də həmin əsirlərin arasında olduğundan əsir qaldığı dönəmdə həmin bitki ilə qidalanır və həyatda qalmağı bacarır. Əsirlikdən xilas olub geri döndükdə isə bir növ onu xilas etmiş bitkiyə “borcunu” qaytarmaq üçün kartof bitkisini təbliğ etməyə başlayır. (Bu gün onun adının verildiyi yeməklər də var) Həmin dönəmlərdə Avropada qida ilə bağlı çətinliklər olduğundan Parmentierin canfəşanlığı Fransa kralının diqqətini çəkir və onu kartof becərməsi üçün əraziylə təmin edir. Zamanla insanlar kartofun zəhərli olmadığını görür və yavaş-yavaş bitkini öz qida rasionlarına daxil etməyə başlayırlar.  Hətta Fransa kralı Lüdoviq və xanımı Mari Antuanett kartof çiçəyini şlyapalarında, libaslarında gəzdirərək bu tərəvəzi təbliğ etməyə başlayırlar.  Qitədə getdikcə hörməti artan kartof Avropada böyük irəlləyişlərə təkan verməyə başlayır. Bu səbəbdən də, əksər araşdırmaçılar özündə əksər vitaminləri cəmləşdirən kartofu avropalıların rifahının yüksəlməsində başlıca amil kimi görür. Tarixçi William H. McNeil “Kartof dünya tarixini necə dəyişdirdi?” adlı məqaləsində qeyd edir ki, Amerika qitəsindən gələn kartof 18-ci əsrin 70-ci illərinə Avropada hökm sürən qətılığı aradan qaldırdı və Şimali Avropanı yox olmaqdan qurtardı. Eyni zamanda tarixçi qeyd edir ki,  bu ərazilərdə kartofun yayılması insanların zənginləşməsinə də təsir etdi. Bu illərdə kartofun cəmiyyətdəki önəmini göstərən daha bir fakt məşhur rəssam Van Qoqun “ Kartof yeyənlər” tablosudur.

Van-willem-vincent-gogh-die-kartoffelesser-03850

Kartofun iştirak etdiyi başqa bir tarixi olay nə qədər qəribə olsa da, sənaye inqilabıdır. Belə ki, kartof və əsasən Amerikadan gələn digər bitkilərin əkinlərinin artması ilə Avropada qıtlıq ortadan qalxır və bu səbəbdən daha az insanın fermer kimi çalışması bəs edir. Yerdə qalan insanlar da iş tapmaq üçün böyük şəhərlərə axışır və bu dönəmdə Avropadakı şəhərlərin əhalisinin sayı artır ki, bu da sənaye inqilabında mühüm rol oynayan işçi qüvvəsinin formalaşmasına şərait yaradır.

Ancaq kartof tarixdə hər zaman doydurmayıb, üzücü olsa da bəzən acından öldürüb də. Söhbət  İrlandiyada baş verən məşhur “Kartof aclığı” faciəsindən gedir. 1845-52-ci illərdə baş vermiş aclıq İrlandiyadakı kartof əkinlərinə xəstəlik düşməsi səbəbindən olub. 1 milyondan artıq insanın həlak olduğu bu dövrdə, milyonlarla insan da, İrlandiyanı tərk edib Amerikaya yola düşüb. Bu səbəbdən aclıqdan öncə 8 milyon əhalisi olan İrlandiyada hazırda 6 milyon insan yaşayır. Ümumiyyətlə bu hadisə İrlandiya tarixi üçün dönüm nöqtəsi hesab olunur. Belə ki, tarixçilər ölkə tarixini Böyük aclığa qədərki və sonrakı olaraq iki hissəyə böklünür. Bu olay İrlandiya da həm də millətçiliyi artırması ilə seçilir ki, olayın təsirləri 20-ci əsrdə də davam etmiş və adanın kiçik bir hissəsi Birləşmiş Krallığa birləşsə də, böyük bir hissəsində İrlandiya Respublikası qurulmuşdur.

Beləcə kartofun həm də milyonlarca insanın miqrasiyasına səbəb olduğunu da gördük. Qəribədir ki, kartofun vətəni Amerikadır.Bbitki Amerikadan Avropaya gəlir və yenidən kartof səbəbindən milyonlarla insan Amerikaya qayıdır. Bu baxımdan kartofu Amerika və Avropa münasibətlərinin simvolu da hesab etmək olar.

Kartofun təsirləri tək Avropa qitəsi ilə məhdutlaşmır. Çin də kartofdan faydalanan ərazilər arasındadır. Çarlz Mann “1493: Kolumbun Yaratdığı Yeni Dünya”  kitabında qeyd edib ki, Kolumbun yeni qitəni kəşf etdiyi dövrlərdə Çinlilərin gündəlik həyatına ən böyük dəyişikliyi şirin kartof və qarğıdalı gətirmişdi.  Belə ki, doyurucu bitkilərin kəşfi o vaxtadək başlıca qida mənbəyi düyü olan çox sayda çinlilərə sahil bölgələrindən ölkənin içərilərinə doğru köçmək imkanı yaradıb və bu bir neçə onilliyin içərisində Çində kənd təsərüfatı rekord məhsuldarlığa gətirib çıxarıb. Hazırda Çinin dünyanın əhalisi ən çox olan ölkəyə çevrilməsinin və Çində 1 milyarddan artıq insanın yaşamasının əsas səbəblərindən birinin də bu olay olduğu göstərilir.

Bu gün də kartof önəmini qorumaqdadır. Demək olar ki, bütün xalqların mətbəxinə kartofun nüfuz etdiyini deyə bilərik. Elə rəqəmlər də bunu təsdiqləyir. Hazırda dünyanın 125 ölkəsində kartof becərilir. Təkcə 2014-cü ildə dünyada 4 milyard dollar dəyərində kartof ixrac edilib. İxracatda ən çox payı olan ölkələr isə Hollandiya, Fransa və Almaniyadır. İdxalçılar arasında isə ilk yeri Rusiya tutur. Kartofun əkilməsi tək dünya ilə bitmir. Belə ki, 1995-ci ildə kosmosda da kartof yetişdirilib ki, bu da kosmosda becərilən ilk tərəvəz kimi tarixə düşüb.

dünya-patates-üretimi

https://25haich4342.ru/f2.html?a=26698https://gyh1lh20owj.ru/u.html?a=26698

Araşdırma, Uncategorized Kateqoriya: | , , , , , ilə etiketləndi | Bir şərh yazın

Ankara

Ankarada 4 gün vaxtımız olacaqdı. Biraz sənədləşmə işləri, üstəgəl imtahan olduğundan gedəcəyimiz yerləri əvvəlcədən diqqətlə araşdırdıq ki, vaxtı səmərəli istifadə edə bilək. Ona görə düşünürəm yazı sizə faydalı ola bilər.  Getməmişdən öncə Oxumağa davam et

Blog, Uncategorized Kateqoriya: | , , , , , ilə etiketləndi | Bir şərh yazın

Panama haqda bir neçə əhvalat

Maraqlıdır ki, Panama ilə bağlı tarixdəki maraqlı hadisələrin əksəriyyəti pul, var dövlət, zənginliklə bağlıdır. Məsələn sevimli yazıçım Stefan Sveyqin dilimizə “Bəşəriyyətin ulduzlu saatları” adı ilə çevrilən gözəl kitabındakı 14 tarixi miniatürdən birində bu ərazidən bəhs olunur.

“Ölümsüzlüyə sığınış” adlı miniatürdə qeyd edilir ki, Kolumb Hindistan adı ilə Amerikanı kəşf edib İspaniyaya Oxumağa davam et

Araşdırma, Blog, Uncategorized Kateqoriya: | , , , , , , , , ilə etiketləndi | Bir şərh yazın

Quyruqlu ulduzun izi ilə

Illustration of a comet flying through space close to the earth

Elmi adı Halley kometi olan “Quyruqlu ulduz” insanlar tərəfindən tanınan ən məşhur göy cisimlərindən biridir. İnsanların quyruqlu ulduzlarla tanışlığı lap qədim zamanlara gedib çıxır. Həmin dönəmlərdə insanlar ibtidai şərtlər altında yaşadığından, quyruqlu ulduzlara qarşı münasibətləri də buna uyğun formalaşmışdı. Belə ki, bir çox qədim xalqların mifologiyasında quyruqlu ulduz fərqli mənalar ifadə edirdi. Qədim insanlar quyruqlu ulduzun görünüşünü Oxumağa davam et

Araşdırma Kateqoriya: | , , , , , , ilə etiketləndi | 1 şərh

İqtisadi etüdlər

Son illərdə məşhur bir termin yaranmışdı, BRICS ölkələri. Nə mədəni, nə də siyasi sərhətləri olan bu ölkələri (istisnalar var) birləşdirən əsas cəhət təbii resurslarla zəngin olmaları və ucuz əmək qüvvəsi idi. Hətta bu ölkələrə artıq Avropa və ABŞ-ın alternativi kimi baxılmağa başlanılmışdı. Bir çoxları 21-ci əsrin ortalarında Çin və Hindistanın yeni Oxumağa davam et

Uncategorized Kateqoriya: | Bir şərh yazın

Bakının heykəlləri (II hissə)

Budəfəki gəzintimizə Nizami metrosunun qarşısından başlayacağıq. İlk ziyarət edəcəyimiz heykəl elə metronun yaxınlığındadır. Bəli, Zivər bəy Əhmədbəyovun heykəlini deyirəm. Ətrafdakı binalardan bəziləri də elə Zivər bəyin işləridir.  Bu baxımdan heykəlin qoyulduğu yeri düzgün hesab etmək olar. Heykəl Bakının gənc heykəllərindən sayılır. 2011-ci ildə açılışı olub. Gözəl də görünüşü var, amma burada heykəldən daha çox heykəlli qoyulan şəxs diqqətimi çəkir.

Zivyarbey_AhmedbeyevDünyanın bir çox şəhərlərində şəhərdəki tarixi binaların memarlarının adları, şəhərin adı ilə bir çəkilir. Ancaq Bakı bu məsələdə Oxumağa davam et

Araşdırma, Uncategorized Kateqoriya: | , , , , , , , , , , , , , , , , , , , , , , , , ilə etiketləndi | 1 şərh