Afrika və Mandela

nelson-mandela

İnsan hüquqları müdafiəçisi olan Cənubi Afrikalı Nelson Mandela,  1918-ci ildə Umtata / Transkei’də doğulub. Atası Zosa (Xhosa) dilini danışan Tambu qəbiləsinin başçısı Henry Mandeladır. Uzun müddət mədənlərdə işçi olaraq çalışan Mandela, qaradərililərin  girə bildiyi Forth Hare University Collagei və daha sonra Witwatersrand Universitetini bitirərək 1942-hüquq diplomu alır və Mandela, ölkənin ilk qara dərili vəkili olur.
İrqçi ağdərili rəhbərliyə qarşı mübarizə verən yerli xalqın qurduğu Afrika Milli Konqresinə  1944-cü ildə qatılan Mandela, daha sonra Konqresin Gənclik Birliyinə başçı seçildi və qısa müddət içində qara dərililərin qurtuluş mübarizəsinin liderlərindən birinə çevrildi.

1948-ci ilə gəlindiyində Cənubi Afrikada irqçi hakimiyyətin tərəfli  siyasəti artmışdı. Bu səbəblə də 1948-ci ildən sonra Mandela, iqtidardakı Milli Partiyanın (NP) irqi ayrı-seçkilik siyasətinə qarşı insanları daha da təşkilatlandırdı. Buna qarşılıq irqçi hökümət 1956 – 1961 illər arasında Mandelanı vətənə xəyanət ittihamı ilə mühakimə etdi. Çünki Mandela, Afrika Milli Konqresinin silahlı mübarizəni boynuna götürən  təşkilatının da qurucusu və başçısı idi. Xüsusilə 1960-cı ildə Sharpevilledə pasport qanunlarına etiraz edən silahsız xalqın üzərinə polisin atəş açması və yüzlərlə adamı öldürməsi, Mandelanın passiv müqavimət tərəfdarı mövqeyini tərk edərək ayrı-seçkilikçi Cənubi Afrika rəhbərliyinə qarşı təxribat hərəkətlərini dəstəkləməyə başladı.

Bu dövrdə uzun müddət davam edən istintaq əsnasında Mandela , ilk həyat yoldaşından  boşanaraq özü kimi insan hüquqları yolunda mübarizə verən Nomzamo Winnie ilə evlənir. Nomzamo Winnie 1956-cı ildə Nelson Mandela ilə tanış olmuş və Mandela’nın 1962də həbsə girməsindən sonra çalışqan və qorxusuz mövqeyi , danışma qabiliyyəti və təsir edici gücüylə Cənub Afrikalı qaraların beynəlxalq sahədə tanınan bir sözcüsü vəziyyətinə gəldi. Nomzamo da uzun illər polisin nəzarəti altında yaşamaq məcburiyyətində qalmışdır və haqqında bir çox dəfə istintaq açılmışdır. Əri Nelson Mandelanın həbsə girməsindən sonra Nomzamo Mandela , vətəndaşlıq və ictimai haqqlarından da məhrum buraxılmışdır. Uzun müddət Nelson Mandelanın yanında insan hüquqları yolunda mübarizə verən Nomzamo, mühafizəçilərinin 1988-ci ildə dörd qaradərili gəncin döyülməsi və birinin öldürülməsi hadisəsinə qarışdığının ortaya çıxması ilə çətin vəziyyətə düşmüşdür .

Nelson Mandela həbsdən çıxdıqdan sonra Nomzamo Mandela , Afrika Milli Konqresində aktiv fəaliyyət göstərsə də Nelson Mandela 1992-ci ildə Nomzamo Mandeladan ayrıldığını açıqlayır. Qısa bir müddət sonra da Nomzamo Mandela ,konqresdəki bütün vəzifələrindən geri çəkilir..

Mandela 1962-ci ildə xaricə çıxaraq başda İngiltərə və Afrika ölkələri olmaq üzrə bir çox ölkədə dəstək axtardı. Ölkəyə dönüşündə həbs olunan Mandela ; təşkilat üzvləriylə birlikdə icazəsiz xaricə çıxmaq , təxribatlar və sui-qəsdlər təşkil etmək kimi   ittihamlarla mühakimə olundu. Bu iddia əsasında Mandela ” Xalqının təmsil edilmədiyi bir parlament tərəfindən hazırlanmış qanunları tanımaq məcburiyyətində olmadığını” açıqladı. Bunun yanısıra  1963-cü ildə polisin Johannesburgun kənar məhəllələrindən Rivoniaya basqın təşkil edib Mandelanın təşkilatının mərkəzində bir miqdar silah tapması , Mandela və digər yoldaşlarının ” hökumətə qarşı sui-qəsdə girişmək ” ittihamı ilə mühakimə olunmasına səbəb olur.Bu iddialar əsnasında bəzi ittihamları qəbul edən Mandela , “İrqçi təzyiqlərin qaradəriləri zorakılığa  müraciət etməkdən başqa yol qoymadığını ” bildirir.
Rivonia olaraq adlandırılan bu istintaq nəticəsində birlikdə həbs olunan yoldaşları daha az cəza almasına qarşı Mandela 11 İyun 1964-cü ildə ömür boyu həbsə məhkum edildi. İlk həbs yeri Cape Town yaxınlığındakı Robben Adası həbsxanası oldu. Mandela bu həbsxanada 1964-1982 illəri arasında qalır və  1982-ci ildə isə təhlükəsizlik tədbirlərinin ən üst səviyyədə olduğu Pollsmoor həbsxanasına nəql edilir. Ağır həbs şərtləri nəticəsində vərəmə tutulan Mandela 1988-ci ildə xəstəxanaya aparılır.

Mandela həbsdəykən Afrikalı yerli xalqın dəstəyi sürməkdə idi. Bununla yanaşı  irqi ayrı-seçkiliyə qarşı mübarizə verən dünyanın bir çox ölkəsindən insan hüquqları müdafiəçisi da Mandelaya dəstək verirdi. Mandelanın həm ölkə daxilində, həm də ölkə xaricində böyük bir dəstək görməsi Cənubi Afrika rəhbərliyini də bir şey etmək məcburiyyətində buraxırdı. Bunun üzərinə Mandela, prezident F. W. De Klerk başçılıq etdiyi Cənubi Afrika hökuməti tərəfindən 11 Fevral 1990-cı ildə sərbəst buraxıldı. Mandela sərbəst qaldıqdan qısa bir müddət sonra, 2 martda Afrika Milli Konqresində idarə heyətinə seçilir. Yaşlı olması və səhhətinin pis olmasına görə başçı Oliver N. Tambonun sədr postundan getməsindən sonra Mandela 1991-ci ilin iyulunda konqresin sədri seçilir.
Ömrünün 67 ilini ictimai ədalətsizliyə qarşı mübarizə ilə keçirən Mandela, bir çox mükafat da aldı.Burada Türkiyə ilə bağlı maraqlı fakt üzə çıxır.1992-ci ildə Atatürk Beynəlxalq Sülh Mükafatıma layiq görülsə də  Mandela bu mükafatı rədd edir. Bu mükafatı rədd etməsinin səbəbini də Türkiyənin kürdlərə qarşı  ayrıseçkilik siyasətini və insan haqqları pozuntularını göstərir və Türkiyəni ziyarət etməyi düşünmədiyini bildirir.

Nelson Mandelanın çıxışlarının və yazılarının bir hissəsi No Easy Walk to Freedom ( 1965; Azadlıq Yolu çətinliklərlə Doludur ) , The Struggle Is My Life ( 1978; Mübarizə həyatımdır) , Im Prepared to Die ( 4. bas. 1979; Ölməyə Hazıram ) adlı əsərlərində toplandı.
Cənubi Afrikanın əfsanəvi lideri olan Mandelanın doğum günü , hər il bir çox ölkədə qeyd edilir. Nelson Mandela Fondu və Mandela’nın həbsxana nömrəsini daşıyan AIDS ilə mübarizə vəqfi olan ( 46664 ) , ilin ilk şənbə gününü Mandela Günü elan edib.Mandela Günü , 119 ölkə tərəfindən dəstəklənir. Dünyanın bir çox ölkəsində Mandela’nın doğum günündə irqçilik və AIDS ilə mübarizəyə qarşı  müxtəlif seminar və konfranslar keçirilir.

Bu yazı Tərcümə kateqoriyasında dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir şərh yazın